XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 07:42

İran prezidenti xalqa müraciət etdi: “Bir neçə həftədən sonra sanksiyalar ləğv olunur”

ruhani-2.jpg

İran prezidenti Həsən Ruhani gələn bir neçə həftə ərzində ölkəsinə qarşı beynəlxalq sanksiyaların ləğv ediləcəyini bildirib.

Açıqlama BMT-nin nüvə agentliyinin İranın nüvə obyektlərində təştişi başa çatdırmasından sonra səslənib.

Televiziya ilə müraciəti zamanı Ruhani deyib ki, İranla dünyanın 6 qüdrətli dövləti arasında əldə edilən razılığa görə, sanksiyalar 2-3 həftədən sonra ləğv ediləcək.

Beynəlxalq Atom Enerjisi Agentliyi dünən yekdilliklə İranın nüvə yoxlanışının dayandırılmasına dair qətnamə qəbul edib.

Həmin gün BMT müfəttişləri oktyabr ayında ballistik raketdən istifadə etməklə BMT-nin qətnaməsini pozduğunu bəyan edib.

Ballistik raketlər

BMT qətnaməsi İranın ballistik raketlərdən istifadə edilməsini yasaqlayır.

Raketin buraxıldığı gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif raketin nüvə başlıqları daşıdığını inkar edib.

İran ABŞ, Britaniya, çin, Fransa, Rusiya və Almaniya ilə razılığı iyul ayında əldə edib.

Razılıq İranın nüvə fəaliyyətlərini məhdudlaşdırılması müqabilində o ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutur.