XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 13:02

Qətərlə Türkiyə arasında ilk birbaşa dəniz xətti açılıb- Gəmi 11 gün yol gedəcək

Qətər ilə Türkiyə arasında ilk birbaşa dəniz xətti açılıb.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Qətər ilə İzmir limanı arasında 5 min tondan çox yük daşımaları həyata keçiriləcək.

Ayda bir dəfə Türkiyədən yola çıxacaq gəmi 11 günə Qətərə çatacaq.

Birbaşa dəniz xətti həm Türkiyə-Qətər iqtisadi əməkdaşlığına, həm də limanlar arasında əlaqələrin gücləndirilməsinə müsbət təsir edəcək.