XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 13:49

Beynəlxalq Valyuta Fondu dolayı vergiləri artırmağı tövsiyə edir- Bu ölkələrə

BVF.jpg

Beynəlxalq Valyuta Fondunun (BVF) ictimaiyyətə açıqladığı məruzəsində avro zonasına daxil olan ölkələrə məşğulluğu və məhsuldarlığı artırmaq məqsədilə işçi qüvvəsindən tutulan verginin dərəcəsini aşağı salmaq, dolayı vergiləri isə artırmaq tövsiyə edilib.

BVF-nin rəyinə görə, vergi islahatını həyata keçirmək üçün illərlə zaman lazım olmasına baxmayaraq, ölkələr vergilər ilə xərclərin daha yaxşı uzlaşdırılmasından fayda əldə edə bilərlər.

Qeyd edilib ki, Almaniya iqtisadiyyatı üçün işçi qüvvəsindən tutulan verginin aşağı salınması uğurlu addım hesab olunur. İtaliya isə vergi xərclərinin rasionallaşdırılması və vergi bazasının genişləndirilməsi, eləcə də əmlak üçün müasir vergi tətbiq edilməsi yolu ilə işçi qüvvəsindən tutulan vergilərin azaldılmasına lazım olan xərcləri maliyyələşdirməkdə maraqlıdır.

BVF-nin ekspertlərinin gəldikləri qənaət budur ki, fiskal məkana malik ölkələr bundan potensial artıma şəraiti yaradan amillərin – dövlət investisiyalarının və struktur islahatların dəstəklənməsində istifadə etməlidirlər(vergiler.az).