XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 14:08

Ermənistanda sosial gərginlik- Növbəti etiraz dalğası baş qaldırıb

Ermənistanda sosial gərginlik davam edir. İşğalçı ölkədə növbəti etiraz dalğası Lori bölgəsində baş qaldırıb.

Azərtac xəbər verir ki, bir müddət əvvəl qızıl mədənlərinə gedən yolu bağlayan vətəndaşlar ölkədə özbaşınalıqlara son qoyulmasını tələb edirlər. Kəndlilər deyirlər ki, hökumət illərdir onların taleyi ilə maraqlanmır. Bu yerlərdə həyat dayanıb, Ardvidə yalnız səfalət, işsizlik, hökm sürür. Sakinlər problemlərinə çarə tapmaq üçün özləri layihə hazırlayaraq hökumətə təqdim ediblər. Onlar bu yerlərin gözəl təbiəti olduğunu əsas gətirərək, dövlət qurumlarından kənddə turizmin inkişafına dəstək istəyiblər.

İndi sakinlər bu addımı atmalarına peşmandırlar. Çünki dağ-mədən şirkətlərinin diqqətini çəkiblər. Kəndin ərazisində yerləşən dağlarda qızıl yataqları var. Ardvidə yaşayanlar deyirlər ki, əgər orada qazıntı işlərinə başlanılarsa onları bu yerlərdən didərgin salacaqlar. Onsuz da bir vaxtlar yüzlərlə ailənin yaşadığı kənddə indi az adam qalıb. Buna səbəb isə yoxsulluğun gətirdiyi sosial problemlərdir. Belə yaşayışa dözə bilməyən sakinlər ev-eşiklərini qoyub xaricə üz tutublar. Ölkədən getməyə imkan tapa bilməyənlər isə burada qalıb min bir əziyyət içində yaşamağa məcburdurlar. Onlar kəndlərindəki qızıl mədəninin tapılmasına imkan verməyəcəklərini deyirlər. Ona görə də etirazçılar bir müddət əvvəl ekoloqların, parlament nümayəndələrinin, Ermənistan Ekologiya Nazirliyinin əməkdaşlarının qızıl yatağı olan Ardvi kəndinə daxil olmasına imkan verməyiblər.