XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

23 Avqust 2017 - 17:40

İsrailin baş naziri Putinə şikayətləndi:“Qalib gəldiyimiz yerlərdə İŞİD yoxa çıxır, ora İran daxil olur”

“İran Suriyada möhkəmlənmək üçün böyük səylər göstərir. Bu İsrail, Yaxın Şərq və hesab edirəm ki, bütün dünya  təhlükə yaradır”.

Strateq.az bildirir ki, bu sözləri İsrailin baş naziri Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. Baş nazirin sözlərinə görə, İran artıq İraqa və Yəmənə nəzarətinin və nufuzunun irəlilədiyi mərhələdədir: “İran praktik olaraq Livana nəzarət edir”.

“Cənab prezident, biz birgə səylərlə İŞİD-ə qalib gəlirik. Mənfi olan odur ki, bizim qalib gəldiyimiz yerlərdə İŞİD yoxa çıxır, ora İran daxil olur. Biz bir dəqiqə də olsun unuda bilmərik ki, İran İsrail dövlətini yer üzündən silməklə hədələməkdə davam edir. Tehran terror təşkilatlarını silahlandırır, genişləndirir”,-deyə Netanyahu şikayətlənib.