XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

23 Avqust 2017 - 17:53

ABŞ –ın Yeddinci Donanmasının komandanı vəzifəsindən azad edilib –Səbəb

ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərin toquşması hadisələrindən sonra Yeddinci Donanmanın komandanı tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, iki ay öncə Sakit Okeanda USS Fitzgerald gəmisinin ticarət gəmisi ilə toqquşması nəticəsində yeddi dənizçi, bazar ertəsi “USS John S. McCain” hərbi gəmisinin tanker ilə toqquşması nəticəsində isə on dənizçi həlak olub.

Sakit Okean Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Skot Svift çərşənbə günü vitse-admiral Cozef Okoini vəzifəsindən azad edib. Onun bəyanatında bildirilir ki, vitse-admiralın işdən azad edilməsinin səbəbi onun “rəhbərlik etmək bacarıqlarına əminliyin itməsidir.” Okoinin yanvar ayında təqaüdə çıxacağı gözlənilirdi. Lakin “USS John S. McCain” gəmisinin son bir neçə ayda ticarət gəmiləri ilə toqquşan ikinci hərbi gəmi olmasından sonra, onun xidmətdən uzaqlaşması tezləşdirildi.

Ağ Evin başsağlığı bəyanatında bildirilir ki, Müdafiə Nazirliyi insidentlə bağlı “bütöv və ətraflı” tədqiqat həyata keçirəcək. İnsidentə cavab olaraq, ABŞ Hərbi Dəniz Qüvvələri donanmanın əməliyyatlarını dayandırıb.

Onu da bildirək ki, Malayziya Sahil Mühafizəsi itkin düşmüş dənizçilərin qalıqlarını aşkar edərək, sahilə çıxarıb. (Amerikanın Səsi)