XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

23 Avqust 2017 - 18:57

Almaniyada avtobus qəzası- 40 yaralı

Almaniyanın şimal-qərbində Osnabrük rayonunda avtobus qəza törədib.

Trend-in məlumatına görə, qəzada 44 nəfər xəsarət alıb.

Polisin ehtimalına görə, qəza texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi ilə baş verib.

Nəticədə 50 sərnişinin olduğu avtobus aşıb.

Hadisə yerinə xilasedicilər və helikopter cəlb edilib. Xəsarət alanlardan 6-nın vəziyyətinin ağır olduğu deyilir.