XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2015 - 12:05

Putin Səudiyyənin koalisiyasından danışdı: “Ağlıma belə gəlmir ki, Rusiyanın əleyhinə olacaq”.

putin elita02.jpg

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının yeni yaratdığı  antiterror koalisiyasına münasibətini açıqlayıb.

Putin bildirib ki, yeni yaranmış koalisiyanın anti-Rusiya xarakteri daşıyıcağına inanmır.

“Koalisiyada yer alımış Türkiyəni də düşmən ölkə hesab etmirik. Onlar sadəcə düşməncəsinə hərəkətə yol verdilər. Onlarla münasibətlərimiz korlanıb. Bu situasiyadan necə çıxacağımızı bilmirik. Məncə, top indi Türkiyənin meydançasındadır”.

Onun sözlərinə görə, terrorla mübarizədə Səudiyyə Krallığı ilə fikir ayrılığı yoxdur. “Bizdə problemin həlli ilə bağlı bəzi elementlər üzrə fərqli baxış var. Amma biz Səudiyyə Ərəbistanı ilə müxtəlif tədbirlərdə birgə görüşürük. Bizim ağlımıza belə gəlmir ki, yeni koalisiya Rusiyanın əleyhinə olacaq“.

Yeni birliyin yaranma səbəblərinə toxunan Putin qeyd edib ki, ABŞ-ın rəhbərliyi ilə ilə antiterror koalisiyası yaradılıb və Səudiyyə Krallığı da ora daxildir. “Daha başqa nə lazımdır? Yeni alyans nəyə gərəkdir? Bəlkə onların arasında fikir ayrılığı yaranıb? Bu, mümkündür. Regional maraqlar ümumbəşəri dəyərlərdən fərqlənir”.

Putin bildirib ki, terrorla effektiv mübarizə üçün səyləri birləşdirmək lazımdır. “ümid edirəm ki, yeni alyansla ümumi prinsiplər üzrə fəaliyyət göstərib birgə effektiv vasitə tapacağıq”.

X.SƏFƏROĞLU