XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 12:55

Prezidenti cərimələdilər

Polis qadağan olunmuş yerdə park etdiyi üçün Polşa prezidentinin avtomobilinin təkərinə blok qoyub.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Anjey Duda özünün qırmızı rəngli avtomobilini Krakovda yerləşən iqamətgahının pəncərəsi önündə – qadağan olunmuş yerdə saxlayıb. Qonşuların məlumatı əsasında hadisə yerinə gələn polislər avtomobilin təkərini blok ediblər.

Bu xəbər bir anda bütün şəhərə yayılıb və sakinlər prezident maşınının qarşısında foto çəkdirməyə can atıblar. Polşa lideri 100 zlot (təxminən 25 dollar) məbləğində cərimə ödədikdən sonra polis avtomobilin təkərindən bloku götürüb.