XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 16:14

Özbəkistan Rusiyaya müraciət etdi:  “Gülnarə Kərimovanın əmlakına həbs qoyulsun”

Özbəkistan mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın daşınmaz əmlakına həbs qoyulması ilə bağlı Rusiyaya müraciət edib.

 APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya Baş Prokurorluğu bununla bağlı rəsmi Daşkənddən məktub alıb: “Özbəkistan Baş Prokurorluğundan Rusiya Baş Prokurorluğuna daxil olan müraciətdə Gülnarə Kərimova ilə bağlı cinayət işində hüquqi yardımın göstərilməsi istənilir və onun daşınmaz əmlakına həbs qoyulması xahiş olunur. Hazırda sorğu baxılma mərhələsindədir”.

 Bir ay əvvəl isə Özbəkistanın sorğusu əsasında İsveçrədə G. Kərimovanın 840 milyon dollar dəyərində aktivlərinə həbs qoyulub.  Ölkəsində G. Kərimova barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. O, dələduzluq, xarici valyutanın gizlədilməsi, ticarət və xidmətin göstərilməsində qaydalarının pozulması, sənədlərin saxtalaşdırılması, cinayət fəaliyyətindən əldə olunmuş gəlirlərin leqallaşdırılmasında ittiham olunur.

 Onun barəsində həbs qətimkan tədbiri seçilib.