"ABŞ-ın Ukraynadakı hərbi fəaliyyətini gücləndirməsinə qarşı tədbirlər görəcəyik".
Bu sözləri rusiyalı senator İqor Morozov deyib.
O bildirib ki, Pentaqon rəhbəri Ceyms Mettis Ukrayna lideri Pyotr Poroşenko ilə görüşündə məhz bu ölkəyə ölümcül silah göndərməyi məsələsini müzakirə ediblər:
“Bu proseslər Rusiya sərhədinə yaxın bölgədə cərəyan etdiyi üçün lazımi tədbirləri görəcəyik və sərhədlərimizi gücləndirəcəyik. ABŞ-ın Rumıniyada raketdən müdafiə sistemi yerləşdirməsinə cavab olaraq Qərb Hərbi bölgəsinə “İsgəndər” raketləri yerləşdirdik. Vaşinqtonun Ukrayna həmləsinə də eyni şəkildə cavab verə bilərik”.
Axar.az