XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 11:36

ABŞ-da həkim bir gündə zəngin oldu- Lotereyadan 758 milyon dollar uddu

ABŞ-ın Massaçusets ştatında tibb işçisi kimi fəaliyyət göstərən iki uşaq anası Mevis Uonçik “Powerball” lotereyasının 758 milyon dollar məbləğində rekord cekpotunu udub.

Azərtac gazeta.ru saytına istinadla xəbər verir ki, 53 yaşlı Mevis Uonçik həyatda planlarını dəyişdiyini və artıq çalışdığı xəstəxanada işə qayıtmaq istəmədiyini bildirib. O, bununla bağlı xəstəxana rəhbərliyinə də məlumat verib.

Uduşu birdəfəlik götürmək niyyətində olan M.Uonçik vergilər tutulduqdan sonra 480 milyon dollar əldə edəcək.