XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2017 - 13:58

İnformasiya texnologiyaları üzrə ilin ən zəngin iş adamları- “Forbes” açıqladı

“Forbes” jurnalı informasiya texnologiyaları üzrə 2017-ci ilin ən zəngin iş adamlarının reytinqini dərc edib.

“Microsoft”un qurucusu Bill Qeyts 84,5 milyard dollar varidatla reytinqin lideri olub. “Amazon” şirkətinin rəhbəri Ceff Bezos 81,7 milyard dollarla ikinci yeri tutub. “Facebook”un yaradıcısı və 69,6 milyard dollar varidata sahib olan Mark Zukerberq isə ən zəngin iş adamlarının reytinqində üçüncü yerdə qərarlaşıb.

Azərtac “igate.com.ua” saytına istinadla xəbər verir ki, ilk dəfə reytinq iştirakçılarının ümumi kapitalı 1 trilyon dolları ötüb, iş adamları ötən illə müqayisədə 21 faiz artıq qazanıblar. Reytinqin tərtibçiləri bunu “Facebook”, “Amazon”, “Tencent” və “Alibaba” şirkətlərinin səhmlərinin məzənnəsinin artımı ilə izah edirlər. Bu şirkətlərin sahibləri digərləri ilə müqayisədə daha çox varlanıblar.

Reytinqin 50 faizini amerikalılar təşkil edir. Həmçinin ilk onluqda 8 iş adamı ABŞ sakinidir.