XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 14:16

Ermənistanda Rusiya vətəndaşı qətlə yetirilib

Ermənistanda Rusiya vətəndaşı öldürülüb.
 
APA-nın “news.am.ru” saytına istinadən verdiyi xəbərə görə, hadisə avqustun 24-də Kotayk vilayətinin Nor Açin şəhərində baş verib.
 
Şübhəli şəxs qismində saxlanılan 31 yaşlı Q. Ovakim törətdiyi cinayəti etiraf edib.
 
O bildirib ki, aralarında baş verən münaqişə zamanı Rusiya vətəndaşı, 60 yaşlı M. Valerini əvvəlcə döyüb, sonra isə boğub.
 
Q. Ovakim saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Ekspertiza təyin edilib.
 
Ölən şəxsin Q. Ovakimin dayısı olduğu bildirilir.