XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 15:56

Macarıstanla Niderlandın arası dəydi- Səfir geri çağırılır

Macarıstan Niderlanddan səfirini geri çağırır və bu ölkədə diplomatik nümayəndəliyin səviyyəsini müvəqqəti işlər vəkilliyinədək azaldır.

Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Buna Niderlandın bu ölkədəki səfirinin yerli KİV-lərə qalmaqallı müsahibəsi səbəb olub. Diplomat Macarıstan hökumətini terrorçularla müqayisə edib və bildirib ki, İslamçı ekstremistlərin düşmən obrazı yaradarkən istifadə etdiyi prinsipləri Macarıstan hökuməti də tətbiq edir.

P.Siyarto qeyd edib ki, iki ölkə arasında qeyri-müəyyən müddətə səfirlər səviyyəsində münasibət olmayacaq: "Bu, diplomatiyada ən radikal addımdır".