XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 19:42

Ekoloji baxımdan təmiz su taksisi- Bu şəhərdə olacaq

Parisdə ekoloji baxımdan təmiz su taksisi xidməti göstəriləcəyi planlaşdırılır. Bu xidməti Parisdə fransalı yaxtsmen Alen Tebo işə salmaq istəyir.

Azərtac Reuters-ə istinadən xəbər verir ki, Alen Tebo sualtı qanadları olan kater düzəldib. Onların hesabına suyun üzərində dalğa yaranmır və çay məcrasından çıxmır. Elektrik mühərriklə işləyən “SeaBubbles” adlı bu gəmi ekoloji baxımdan da ətraf mühit üçün təhlükəsizdir. “Yaşıl” texnologiyalar tərəfdaşı olan Parisin meri Ann İdalqo artıq bu gəmidə gəzib.

“SeaBubbles” gəmi-taksiləri adi taksilər kimi xüsusi mobil proqram vasitəsilə sifariş etmək olacaq. Hazırda layihə bir çox investorların diqqətini cəlb edib. Alen Tebo sentyabrın sonunadək 100 milyon avro toplamağı planlaşdırır.

Lakin bu xidmətin işə düşməsindən öncə şəhər icrası tərəfindən Sena çayı üzərində yüksək sürətlə hərəkət üçün icazə alınmalıdır. Hazırda bu mümkün deyil, sürət məhdudiyyəti var. Şirkət Ann İdalqoya artıq rəsmi məktub yollayıb.

Məlumat üçün qeyd edək ki, bu layihəni hələ iqtisadiyyat naziri olarkən hazırda isə Fransa Prezidenti Emmanuel Makron dəstəkləyirdi.

Alen Tebo düşünür ki, su taksisi xidmətini digər meqapolislərdə də işə salmaq olar. Onun sözlərinə görə, “SeaBubbles” layihəsi ilə artıq beş iri şəhərlərdə maraqlanıblar.