XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 21:24

Zərgərlik mağazasından 2,3 milyon dollarlıq oğurluq olub- Londonda

Londonda zərgərlik mağazasından 1,8 milyon funtsterlinq (2,3 milyon dollardan artıq) dəyərində zinət əşyaları oğurlanıb.

Trend-in məlumatına görə, soyğunçuluqda 8 nəfər iştirak edib. Onlardan 3-ü çəkic və lomla divarı deşib və içəri giriblər, digərləri isə çöldə vəziyyətə nəzarət ediblər.

Soyğunçular 3 saat mağazada olublar. Oğurlanan zinət əşyaları arasında qızıl və almaz boyunbağı, bilərzik və sırğalar var.

Hələlik hadisəni törədənlər tapılmayıb.