XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 09:29

Vladimir Putinin yeni “favoriti” –35  yaşlı nazir islahatlarla bağlı 3-cü rəsmi layihə hazırlayır

 

“Bloomberg” agentliyi Rusiya prezidenti Vladimir Putinin yeni “favoritini” açıqlayıb.

Onun 35 yaşlı iqtisadi inkişaf naziri Maksim Oreşkin olduğu bildirilir. Agentlik 3 məmura istinadən yazır ki, Oreşkinin nazirlikldə islahatlar aparmaq üçün geniş səlahiyyətləri var. Amma agentlik qeyd edir ki, nazirin öz rəhbərini islahatlara başlanmasının vacibliyinə inandırıb-inandırmayacağı hələlik bəlli deyil: “Biz gələcəyin nazirliyini yaradırıq. Əsas tapşırıq güclü insanları cəlb edib, onlar üçün inkişaf mühiti yaratmaqdır”,- deyə Oreşkin vurğulayıb.

Putinin favoriti olub-olmamasına gəldikdə isə nazir bu suala cavab verməyib. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov da “Bloomberg”in sorğusuna cavab verməyib.

Agentlik qeyd edir ki, əvvəlki nazirlər dövlətin biznesə təzyiqini azalda bilməyib. Amma Oreşkin hazırda Strateji Araşdırmalar Mərkəzinin sədri Aleksey Kudrin və biznes-ombudsmanı Boris Titovla birlikdə Rusiyada islahatlarla bağlı 3-cü rəsmi layihə hazırlayır. Bundan başqa agentlik yazır ki, Oreşkin Böyük “20-lər”in  Hamburqda keçirilən sammitində Rusiya tərəfdən əsas fiqur olub,”Rosstat”-ı öz nəzarətinə götürüb və Dünya Bankında maliyyə naziri Anton Siluanovu əvəz edib.

Oreşkin vəzifəsindən kənarlaşdırılan keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi əvəz edir. O, 2016-cı ilin noyabrınadək maliyyə nazirinin müavini vəzifəsində işləyib. Karyerasına “Bank Rossii” və “Rosbank”dan başlayıb.