XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 09:42

İranda eybəcər müəllimlərin məktəbdə dərs deməsi qadağan edildi –Qərar ciddi etirazlarla üzləşdi

İranın Təhsil Nazirliyi kifir müəllimlərin məktəblərdə dərs deməsini qadağan edib. Bu qadağaYa üzündə tük və sızanaq olan qadın müəllimlər də düşüb.

“The Daily Mail" qəzeti  FARS agentliyinə istinadən bu barədə yazıb.

Agentliyin məlumatına görə, çəpgözlüyü, üz dərisinin sızanağı və ekzeması olan şəxslərin də müəllimlik fəaliyyətinə son qoyulacaq. Üzündə tük olan qadınların və ya ağzında 20 dişi çatışmayan, göbələk xəstəlikləri olan şəxslərin də dərs deməsi qadağan edilir.

Bundan başqa rəng korluğu və ya daltonizmi olan şəxslərin rəsm dərsi deməsinə, sonsuz qadınların müəllimlik fəaliyyətinə də qadağa qoyulur. 

Hökumətin bu qərarı tvitter-də ciddi tənqidlə üzləşib. İstifadəçilər yazırlar ki, belə bir qayda bütün dünyada tətbiq edilsəydi, Stefen Havking kimi insanların dərs deməsi qeyri-mümkün olacaqdı.

"Sun" qəzeti isə yazır ki, müəllimliyi qadağan olunan şəxslər sırasına xərçəng xəstəliyi və sidik kisəsində daş olan şəxslər də daxil edilib. Qəzetin məlumatına görə,  bu qadağanlar sosial mediada böyük tənqid dalğası ilə qarşılaşdıqdan sonra prezident Ruhaninin vətəndaş hüquqları üzrə müşaviri Şahindoxt Molaverdi siyahının təhqiq olunacağını vəd edib.

Təhsil Nazirliyinin sözçüsü “Etemad” qəzetinə deyib ki, qadağanların spesifik olaraq qadınlara aid hissəsi qərardan çıxarılacaq, başqa tədbirlərə isə yenidən baxılacaq.