ABŞ Silahlı Qüvvələrinə məxsus helikopter Yəmən sahillərində qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “Black Hawk” tipli helikopter avqustun 25-i yerli vaxtla saat 19 radələrində təlim uçuşları həyata keçirərkən qəzaya uğrayıb. Helikopterin göyərtəsində olan 5 hərbçi xilas edilib, bir hərbçinin axtarışları isə davam edir.