XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 11:46

Avstraliyada səyyah Ceyms Kukun heykəli təhqir olunub –“Bu ölkəni ingilislər kəşf etməyib”

İngilis dəniz səyyahı Ceyms Kukun Sidneyin mərkəzində olan heykəli gecə təhqir olunub.

Strateq.az bildirir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsindən məlumat verilib.  Naməlum şəxslər gecə saat 3-də Kukun Hayd-parkda yerləşən heykəlini rəngləyib və peydestala “Tarixi dəyişin!”, “Soyqırımla fəxr etməyə dəyməz” yazıblar.

Son günlər Avstraliyada gərgin diskussiyalar başlanıb. Bunun təşəbbüskarı olan teleaparıcı Sten Qrant Cems Kukun heykəlinin sökülməsinə çağırıb. Qrant peydestalın üstündə yazılmış “Kuk bu ərazini kəşf edib.1770”  sözünə etiraz edib. Heykəlin sökülməsinin tərəfdarları bildirirlər ki, Avstraliyanı 60 min əvvəl abirogenlər kəşf edib.

Digər mübahisə isə 3 ştatın bələdiyyəsinin 26 yanvarı Avstraliya Günü kimi bayram etməkdən imtina etməsi ilə bağlıdır. Bu tarix ingilis donanmasının ilk dəfə Sidney buxtasına daxil olması ilə bağlıdır. Ştatlar hesab edir ki, bu bayramı keçirməklə köklü xalqları təhiqr edirlər. Çünki 26 yanvar onlar üçün müstəmləkəçiliyin başlanmasının simvoludur.  

Avstraliyanın baş naziri Malklom Tornbull heykəlin sökülməsinin tərəfdarlarını kəskin tənqid edib. “Bütün bu heykəllər tarximizin bir hissəsidir. Biz bu bayramları avstraliyalılar kimi qeyd edirik və bununla fəxr edirik”.