XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2017 - 18:14

NATO Rusiyanı şəffaf olmağa çağırdı –Alyans Belarusda keçiriləcək  hərbi təlimi  yaxından izləyəcəyək

 

NATO-nun baş katibi Yens Stoltenberq cümə günü bildirib ki, alyans, Rusiyanın gələn ay ölkənin qərbində və Belarusda keçirəcəyi hərbi məşğələləri yaxından izləyəcəyək. O əlavə edib ki, Moskvan bu təlimlərin keçirilməsi mövzusunda şəffaf olmalıdır.

Baltik və Şimal dənizləri ərazilərində fəaliyyət göstərən tanklar, dəniz və hava qüvvələrinin cəlb ediləcəyi hərbi manevrlər, son illər ərzində keçirilən təlimlər arasında ən nəhəngi olacaq. Bununla bərabər, NATO-nun, həmin təlimlərdə iştirak edəcək qoşunların həqiqi sayının gizlədilməsi ilə bağlı narahatlıqları mövcuddur.

Stoltenberq Polşa baş naziri Beata Şidlo ilə görüşdən sonra müxbirlər qarşısında çıxış edərək, bu sözləri deyib: “Hər bir dövlətin öz hərbi qoşunlarının məşğələlərini keçirmək hüququ var. Amma dövlətlər həm də, şəffaflıq öhdəliklərinə hörmətlə yanaşmalıdırlar.”

Rusiyanın verdiyi məlumata görə, 14-20 sentyabr tarixlərində keçiriləcək manevrlərdə 13,000 hərbçi iştirak edəcək. Bu rəqəm isə beynəlxalq razılaşmalara əsasən müşahidəçilərin iştirakına imkan verən qoşun sayında azdır. Qərb məşğələlərə cəlb ediləcək hərbçilərin sayının daha çox olacağını güman edir.

Rusiya Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, hərbi təlimlər müdafiə xarakterlidir və cəlb ediləcək hərbçilərin sayı ilə bağlı narahatlıqlar Qərb mediasının “şişirdilmiş fərziyyələridir.”