XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 22:57

Naməlum şəxs qılıncla kraliçanın sarayının qarşısında polisə hucum edib –İngilis polisi “Allahu -Əkbər” qışqıranı dindirir

Kraliça Elizabetin yaşadığı Bukenhem Sarayının çölündə “Allahu Akbar” qışqıraraq, polisə hücum çəkən kişi, şənbə günü əks-terrorizm xidməti tərəfindən sorğulanıb.

İki silahsız polis əməkdaşı, şübhəli şəxsi saxladıqları zaman yüngül xəsarətlər alıblar. Cümə günü baş verən hadisə zamanı, naməlum kişi öz avtomobilini polislərin mikro-avtobusu üzərinə sürüb. London polisinin verdiyi məlumata görə, polislər həmin şəxsdən qılıncını alaraq, onu həbs ediblər.

London Əks-Terrorizm İdarəsinin rəhbəri Din Heydonun dediyinə görə, saxlanılan şəxsin niyyətini demək üçün hələ tezdir: “Biz inanırıq ki, bu şəxs təklikdə hərəkət edirdi və biz, bu mərhələdə digər şübhəliləri axtarmırıq. Hal-hazırda hadisənin terrorizm aktı olub-olmadığını müəyyən etməyə çalışırıq.”

Avropa son zamanlar militant hücumlarına qarşı ayıq olmağa çalışır. Xatırladaq ki, bu il ərzində Britaniya həyata keçirilən terror hücumları nəticəsində 36 nəfər ölüb. Ölkədə təhlükə səviyyəsi yüksək olaraq qalır. Bu isə hücumların keçirilmə ehtimalının yuxarı olduğu deməkdir. Kral ailəsinin çoxunun avqustun bayram həftə sonunda sarayda olması xeyli sayda turistləri Britaniya payaxtına cəlb edir.

Baş nazir Tereza Mey “cəld reaksiya verdikləri üçün və ictimaiyyəti qorumaq işində cəsurluq nümayış etdirdiklərinə, əzmkarlıqlarına və peşəkarlıqlarına görə” polisə təşəkkürünü bildirib. (Amerikanın səsi)