XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2017 - 23:32

Türkiyə Suriya sərhədinə ağır hərbi texnika cəmləşdirib


Türkiyə Suriya sərhədi yaxınlığında bir neçə haubitsa və tanklar yerləşdirib.

Bu barədə “Hurriyet Daily News” məlumat yayıb. Məlumata görə, hökumətin sərhədi möhkəmləndirməsinə səbəb  əks tərəfindəki ərazilərin PYD/YPG kürd terror qruplaşmalarının nəzarətində olmasıdır.   

Qeyd olunan texnikalar iri tonnajlı yük maşınları ilə Suriya ilə həmsərhəd  Kilis əyalətində yerləşdirilib. Bundan əvvəl avqustun 5-də  hərbi texnikalar yük maşınları vasitəsilə qeyd olunan  sərhəd bölgəsində yerləşdirilib. (APA)