XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 10:12

Jan-İva Le Drian:"Fransa İraqa 430 milyon avro kredit ayıracaq"

Fransa 2017-ci ildə İraq hökümətinə 430 milyon avro kredit ayıracaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, kreditin verilməsini Fransanın XİN rəhbəri Jan-İva Le Drian və İraqın baş naziri Heydər əl-Abadi müzakirə ediblər. Danışıqlar zamanı fransalı nazir bildirib ki, kredit bu ilin sonuna qədər ayırılacaq. Bu kredit ilk növbədə İraq hökuməti tərəfindən aparılan iqtisadi islahatların dəstəklənməsi üçün nəzərdə tutulub.

Le Drian qeyd edib ki: "Fransa İŞİD ilə döyüşlərin əvvəlindən İraqda öz iştirakını dəstəkləyib. Fransa hazırda başlanan sülh quruculuğu mərhələsində də burada iştirak edəcək".