XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 12:19

“Hizbullah” və Suriya ordusu İŞİD-ə qarşı hücumu dayandırıb- Livanla sərhəddə

Livanın "Hizbullah" hərəkatı və Suriya ordusu "İslam dövləti" terrorçu qruplaşmasına (İŞİD) qarşı Livanla sərhəddə hücumun dayandırılmasını elan ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir.

"Əl Manar" telekanalının məlumatına görə, atəşkəs Bakı vaxtı ilə saat 08.00-da qüvvəyə minir.

Atəşkəsin məqsədi terrorçular tərəfindən əsir götürülən Livan əsgərlərin taleyinə aydınlıq gətirməkdir.