XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 14:22

Gürcüstan DİN:"Gölə düşən vertolyot 2 gün əvvəl yoxlamadan keçib"

Gürcüstanın Daxili İşlər Nazirliyi  (DİN) Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Sərhəd Polisinin “Mi-8” vertolyotunun suya düşməsi ilə bağlı rəsmi məlumat yayıb.
 
APA-nın yerli bürosunun DİN-ə istinadla verdiyi məlumata əsasən, vertolyot süni göldən su götürərkən qəzaya uğrayıb.
 
Pilotların peşəkarlığı və operativliyi sayəsində böyük faciənin qarşısı alınıb. Vertolyotun 4 heyət üzvü Tbilisidə xəstəxanaya yerləşdirilib, həyatları təhlükə altında deyil.  DİN-in məlumatında qeyd olunub ki, “Mi-8” vertolyotu avqustun 25-də yoxlamadan keçirilib və onun mühərriki tam qaydasında olub.
 
DİN faktla bağlı istintaqa başlayıb.