XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 20:56

Türkiyənin 3 vilayətində əməliyyat- 8 terrorçu zərərsizləşdirilib

Türkiyənin Van, Muş və Ərzincan vilayətlərində PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində səkkiz terrorçu zərərsizləşdirilib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı PKK-nın 7 üzvü məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin bu barədə yazılı açıqlamasında Vanda dörd, Muşda iki, Ərzincanda isə bir terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hərbi hava qüvvələrinin dəstəyi ilə Ərzincanın Kemah rayonunda keçirilən əməliyyat zamanı da bir terrorçu öldürülüb.