XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 21:57

Hərbi müəssisədə yanğın baş verib- Rusiyada

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində “Uralvaqonzavod” müdafiə sənayesi müəssisəsində yanğın baş verib.
 
APA-nın RİA Novosti agentliynə istinadən verdiyi xəbərə görə, zavodun rəngləmə sexində başlayan yanğın 80 kvadrat metr ərazini əhatə edib.
 
Yanğının qarşısının alınması üçün hadisə yerinə yanğınsöndürmə briqadaları və texnika cəlb olunub. Alovun qarşısının alınması üçün müvafiq tədbirlər görülür.