XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 10:51

Breksit danışıqlarının 3-cü raundu başladı:"Fikir ayrılığı olan sahələr üzrə müzakirələrə başlamaq istəyirik"

Böyük Britaniyada Breksit danışıqlarının üçüncü raundu başlayır.

"Ölkə.Az" xəbər verir ki, Dumanlı Albionun Avropa İttifaqından çıxması ilə bağlı danışıqlar barədə britaniyalı nazir Devid Devis məlumat verib. Devis deyib: "Biz razılıq əldə etdiyimiz sahələri qeyd etmək və fikir ayrılığı olan sahələr üzrə müzakirələrə başlamaq istəyirik. Niyyətimiz bir sıra məsələlər üzrə razılıq əldə etməkdir. Amma bunun üçün bizə hər iki tərəfin kompromisə getmə qabiliyyəti və səyi lazımdır".

Nazirin sözlərinə əsasən, Böyük Britaniya həm Avropa İttifaqının, həm Britaniyanın, həm sadə insanların, həm də sahibkarların maraqlarına yüksək səviyyədə cavab verən müqavilə əldə etmək istəyir.