Filippin prezidenti Rodriqo Duterte polis əməkdaşlarına müraciət edərək bildirib ki, həbs olunarkən kəskin müqavimət göstərənləri öldürə bilərlər.
”Reuters” xəbər verir ki, bunla bağlı dövlət başçısı Manila polisinin rəhbəri Covi Espenidoya müraciət ünvanlayıb.
“Sizin vəzifə borcunuz həbs etdiyiniz adanın müqavimətini dəf etməkdir və əgər o, sərt müqavimət göstərirsə, bu əclafı öldürə bilərsiniz”, – deyə prezidentin müraciətində bildirilir.