XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 12:52

İran İslam Respublikasının ilk xarici işlər naziri Türkiyədə vəfat edib –FOTO

İranın keçmiş xarici işlər naziri İbrahim Yəzdi Türkiyədə xəstəxanada vəfat edib.

Trend-in məlumatına görə, keçmiş nazir bir neçə ay əvvəl İzmirdə prostat xərçəngindən əməliyyat olunmuşdu.

ABŞ hökuməti İ.Yəzdiyə viza verməkdən imtina etdiyinə görə o, Türkiyəyə müalicəyə yollanmışdı.

Qeyd edək ki, İ.Yəzdi 1979-cu il İslam inqilabından sonra İranın ilk xarici işlər naziri olub.