İrəvanda “Nairit” kimya zavodunda baş vermiş yanğının ilkin səbəbi açıqlanıb.
“News.am”ın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin direktor müavini Muşeq Kazaryan bildirib ki, yanğın zavodda etinol boyasının alışması nəticəsində baş verib. Onun sözlərinə görə, hazırda yanğın artıq lokallaşdırılıb, soyutma işləri aparılır. M. Kazaryan bildirib ki, yanğın zamanı bir nəfərin tüstüdən zəhərlənib, ona ilkin tibbi yardım göstərilib.