XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 18:32

Kaliforniyada ultra sağçılarla onların əleyhdarları arasında qarşıdurma olub:"Siz bizim şəhərlərimizdən kənar dayanmalısınız"

Kaliforniya ştatında bazar günü ultra sağçıların yürüşünün ləğv edilməsinə baxmayaraq, onları hədəf almaq məqsədi güdən yürüş əlehdarları ştatın Berkli şəhərinin küçələrinə axışıb.

100-dən çox solçu nümayişçi ləğv edilmiş yürüşün lideri də daxil olmaqla, az sayda sağçı nümayişçi tərəfindən mühasirəyə alınaraq hücum edildikdən sonra gərgin, amma qısa müddət davam edən toqquşma baş verib: “Siz bizim şəhərlərimizdən kənar dayanmalısınız. Bizim kampuslarımızdan kənar dayanmalısınız. Bu, faşist Amerikası deyil. Biz bu ağdərili supremasistlərə dözümlülük nümayiş etdirməyəcəyik. Biz siyasi mövqeyindən asılı olmayaraq bütün vicdanlı insanlara müraciət edərək onları ağdərili supremasistlərə və faşistlərə qarşı mübarizəyə çağırırıq”- deyə, nümayişçilərin rəhbəri bildirib.

Bazar günü San Fransisko Bey ərazisində nümayiş ikinci gün idi ki, keçirilirdi. Polis azı 13 nəfərin həbs edildiyini bildirib. Berkli şəhərində yerləşən Kaliforniya Universitetinin kampusunda da universitetin rəhbərliyinin nümayişçilərin kampusdan uzaq durmalarına çağırışına baxmayaraq nümayiş əlehdarları əraziyə gəlib.

Məncə ağdərili insanların bura gələrək və suprematistlərə qarşı durmaları vacibdir. Ona görə ki, ağdərililərin sükutu irqçiliyin normal hal olmasına səbəbdir”- deyə, nifrət əlehdarı nümayişçi Meqan Uilliamson bildirib.

Səhər parkın girişində polis nümayişçilərin içəri girməsinə mane olub.