XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 20:14

Tacikistanda milli geyim məcburi oldu –Prezident qanunu dəyişdi

Tacikistan prezidenti Emoməli Rəhmon ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəlişi təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq. Qanunda qeyd edilir ki, fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər – dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.

Yerli mütəxəssislər hesab edir ki, bu addım əslində hicaba qarşı yönəlib. Bir qədər əvvəl Tacikistan prezidenti Emoməli Rəhmon ölkə vətəndaşlarını saqqal saxlamaq və hicab taxmaqdan imtina etməyə çağırmışdı.