Suriya ordusu və Livanın “Hizbullah” hərəkatının döyüşçüləri Suriya-Livan sərhədində yerləşən dağlıq Kalamun bölgəsini İŞİD terrorçularından azad ediblər.
Bu barədə RİA Novosti agentliyinə “Hizbullah”-a yaxın mənbə bildirib.
Avqustun 19-da Livan ordusu bir sıra dağlıq ərazilərin terrorçulardan azad edilməsi əməliyyatına başlayıb. Məlumata əsasən, terrorçuların nəzarətində olan 120 kvadrat kilometrdən 100-ü azad edilib. Eyni zamanda “Hizbullah” hərəkatı Suriya ordusu ilə birgə Suriya -Livan sərhədində əməliyyat keçirib. Nəticədə 90 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.