XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 22:44

ABŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı plan hazırlayıb –Yaxın aylarda təqdim edəcək


ABŞ 3-4 aydan sonra Fələstin-İsrail münaqişəsinin nizamlanması planını təqdim edəcək.

“RİA Novosti” agentliyinin  verdiyi xəbərə görə, bunu Fələstin liderinin müşaviri Nabil Şaat bəyan edib: “ABŞ nümayəndə heyətinin üzvləri Mahmud Abbasla görüşdə bildirdilər ki, Fələstin-İsrail münaqişəsinin nizamlanması üzrə yeni planın hazırlanmasına 3-4 ay tələb olunur”, deyə N.Şaat bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində ABŞ nümayəndələri Fələstinin tələblərinin lehinə və əleyhinə hər hansı fikir bildirməyiblər. Qeyd edək ki, avqustun 24-də ABŞ prezidentinin müşaviri Cared Kuşnerin başçılığı ilə nümayəndə heyəti Rəmallaha səfər edib.