Əfqanıstanın şimal-qərbində “Taliban” hərəkatına məxsus həbsxanaya hava zərbələrinin endirilməsi nəticəsində azı 16 dinc sakin həlak olub.
Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, taliblər həmin həbsxanada 20 dinc sakin və hərbçi saxlayırdılar.
Əməliyyat nəticəsində, həmçinin azı 8 terrorçu məhv edilib.