XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 13:25

Avropa Komissiyasının prezidenti:"Britaniya hökumətinin sənədləri bizi qane etmir"

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması prosesi ilə bağlı təklif etdiyi sənədlərin heç birindən razı qalmayıb.

Azərtac xəbər verir ki, bu barədə Yunker keçirdiyi mətbuat konfransında bildirib.

O, Britaniya hökuməti tərəfindən hazırlanan bütün sənədləri diqqətlə oxuduğunu və heç birinin onu qane etmədiyini söyləyib: "Çoxlu məsələ həll olunmamış qalır. Bu, yalnız İrlandiya və Şimali İrlandiya arasındakı sərhədin müəyyən edilməsi deyil, bu, çox ciddi məsələdir ki, bizim də yekun cavabımız yoxdur. Həmçinin Böyük Britaniyada yaşayan avropalıların və Avropada yaşayan britaniyalıların statusu da vacib məsələdir. Britaniyanın Aİ-dən çıxması ilə bağlı bütün məsələlər həll edilənə qədər İngiltərə və Avropa arasında heç bir yeni iqtisadi və ticarət əlaqələrinin qurulmayacağı aydın olmalıdır".