XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 14:38

Moskva birjası kriptovalyuta ticarəti üçüninfrastruktur yaradır

Moskva birjası kriptovalyuta ticarəti üçün infrastruktur yaratmağa başlayıb.

Azərtac "vistanews.ru"ya istinadla xəbər verir ki, hazırda ticarət üçün yeni platformanın hazırlanması prosesi gedir. Yeni platforma hazırda müasir dünyada dövriyyəsi artan kriptovalyutanın ticarəti üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu yaxınlarda bitkoinin dəyəri 4 min dollar idi. Maliyyə Nazirliyi bəyan edib ki, yalnız təcrübəli mütəxəssislər və investorlar kriptovalyuta ilə ticarət edə biləcəklər. Yeni platformada bitkoinlə ticarətlə yanaşı, onların törəməsi və aksiyaları ilə əməliyyatlar da mümkün olacaq.

Ekspertlərin proqnozlarına görə, bitkoin bu tezliklə dolların yerini tuta bilməyəcək, lakin tədricən sıxışdıracaq. Bitkoini də gələcəyin valyutası adlandırırlar.