Türkiyədə hərbi maşınların keçdiyi Diyarbəkir-Bismil yolunda partlayış baş verib. Nəticədə iki nəfər həyatını itirib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə yolda PKK terrorçuları tərəfindən basdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Partlayış səbəbindən darmadağın olan yol bağlanıb.