XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 15:35

278 milyarda dünyanın ən böyük enerji paylayıcı şirkəti qurulur- Bu ölkədə

Çində iki dövlət şirkətinin birləşməsi nəticəsində 278 milyard dollar dəyəri olan dünyada ən böyük enerji istehsalçısı və distribüteri şirkəti meydana gələcək.

Azərtac xəbər verir ki, Çinin ən böyük kömür mədən şirkəti “Shenhua Group Corp Ltd” ölkənin ən böyük beş enerji istehsalçısından biri olan “China Guodian Group” şirkətini alacaq. İki şirkət bir neçə aydır birləşmək üçün danışıqlar aparıblar.

“Guodian-Shenhua” birləşməsi Çinin İctimai Aktivlərə Nəzarət və İdarə Edilməsi üzrə Komissiyası (SASAC) tərəfindən açıqlanıb.

“Shenhua”nın qrup şirkətlərindən “China Shenhua Energy Co Ltd” tərəfindən edilən şərhdə, əsas şirkətin “Guodian”ın tərkibinə keçəcəyi və yeni şirkətin adının isə “National Energy Group” olacağı bildirilib.