XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 18:26

Türkiyədə əməliyyat- İki terrorçu öldürülüb, üçü yaxalanıb

Türkiyənin Kahramanmaraş vilayətinin Nurhak rayonunda təhlükəsizlik qüvvələrinin PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyat zamanı iki terrorçu zərərsizləşdirilib, üçü isə ələ keçirilib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, ələ keçirilən terrorçulardan birinin yaralı olduğu bildirilir. Onlardan birinin 2012-ci ildə Tunceli vilayətinin prokuroru Murad Uzunu qətlə yetirən Gürbüz Topçu olduğu müəyyənləşib. Yaralı terrorçuya xəstəxanada ilkin tibbi yardım göstərilib. Digər iki nəfər isə jandarm qərargahına aparılıb.

Əməliyyat nəticəsində üç silah, kompüter avadanlığı və digər ləvazimatlar da götürülüb.

Türkiyənin ədliyyə naziri Abdülhamid Gül bu barədə “Twitter”dəki şəxsi hesabında yazıb: “2012-ci ildə Ovacık vilayətinin prokuroru, Ankara Universitetinin hüquq fakültəsindən dostum və qardaşım Murat Uzunu şəhid edən terrorçu yaxalanıb. Prokurorumuzu qətlə yetirən terrorçu türk ədalət mühakiməsi qarşısında cavab verəcək”.