XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 20:24

Nazir Əmir Hatəmi"İran ağır qırıcı təyyarələr istehsal edəcək"

İran ağır qırıcıların istehsalına başlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu İranın müdafiə naziri Əmir Hatəmi deyib.

Onun sözlərinə görə, ağır qırıcı təyyarələrin istehsalı nazirliyin planlarına daxildir və İran strateji hərbi hava qüvvələrini daha da möhkəmləndirməlidir.

Bundan başqa, müdafiə naziri qeyd edib ki, İran hava hücumundan müdafiə sistemlərinin hazırlanmasında inkişafa nail olub: “İran ekspetləri tərəfindən layihələndirilmiş və hazırlanmış “Bavar-373” raket sisteminin 85 faizdən çoxu hazırdır”.