XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 09:59

Barak Obama amerikalıları sayıq olmağa çağırdı: “Şübhəli nəsə görəndə xəbər edin”

 

obama sayiq.jpg

“İŞİD-in Suriya və İraqdakı ürəyini möhkəm sıxmaqla biz onların dünyanın digər guşələrinə terror və təbliğat yaymasının qarşısını alacağıq”.

Strateq.az  “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Barak Obama ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib: 

“Eyni zamanda biz daxildə sayıq olmalıyıq.  Hər kəs bu işə öz töhfəsini verə bilər – şübhəli nəsə görəndə xəbər etməklə, terrora boyun əyməməklə, amerikalılar olaraq, birlik nümayiş etdirməklə.”

Prezident Obama İŞİD-ə qarşı intensiv hava zərbələri kampaniyası aparacağını və terror qruplaşmasını darmadağın edəcəyini vəd edib. Bu əsnada Rusiyanın Suriyadakı əməliyyatlarına toxunan Obama rusların həmin ölkədə proqnozlaşdırdığı kimi ciddi nailiyyət əldə edə bimədiklərini vurğulayıb.   

“Əlbəttə, mən demişdim ki, belə olacaq,” – deyə o bildirib. Prezident əlavə edib ki, Suriyada sülhün bərqərar olması üçün Bəşar əl-Əsəd hakimiyyətdən getməlidir.  Bununla belə o, Əsədi dəstəkləyən Rusiya və İranın maraqlarının təmin olunması üçün həmin vaxtadək diplomatik körpünün əldə ediləcəyinə ümidini ifadə edib.

Müxtəlif mövzuları əhatə edən mətbuat konfransında Obama ötən il ərzində baş verən irəliləyişlərə toxunub.  Bu sırada ABŞ lideri  6 milyon adamın onun səhiyyə sığorta planına qoşulduğunu və həyata keçirilən təhsil islahatlarını vurğulayıb.

Cümə axşamı qanunvericilər ABŞ-a daxil olan turistlərin viza prosesini tənqid ediblər.

Tənqidlərə reaksiya verən prezident bildirib ki, hökumətdən viza üçün müraciət etmiş hər kəsin Facebook yazılarını oxumağı gözləmək, ədalətdən uzaq olardı.  O, hesab edib ki, ABŞ hökuməti insanların mülki azadlıqları ilə təhlükəsizlik arasında balans qurmağa nail olub.

Cümə günü səhər prezident Obama iki adamı əfv etmiş, digər 95 adamın həbs cəzalarını yüngülləşdirmişdi.  Əfv olunanların və cəzaları yüngülləşdirilən adamların hamısı qeyri-zorakı maddələrlə məhkum olunublar. Bu adamların əksəriyyəti kokain gəzdirmək üstündə məhkum olunan adamlardır.

İlin sonuna həsr edimiş mətbuat konfransı və onun ardınca məzuniyyətini boya-başa çatdığı Havay ştatında keçirmək  Obama üçün ənənə halını alıb.  Tropik Oahu adasına yollanmazdan öncə, ABŞ prezidenti terror hücumunun baş verdiyi Kaliforniyanın San Bernardino şəhərinə baş çəkəcək.