XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2017 - 23:23

ABŞ Əfqanıstandakı əsgərlərinin sayını sonuncu dəfə açıqladı –Bundan sonra kontingentin dəqiq sayı deyilməyəcək

Hazırda ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı təxminən 11 min nəfər təşkil edir.

TASS agentliyinin  verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələri Qərargah rəisləri komitəsinin nümayəndəsi  Kennet Makkenzi bəyan edib: “11 min təxmini rəqəmdir. Real rəqəm bundan aşağı və yuxarı da ola bilər”, deyə K.Makkenzi bildirib.

Avqustun 22-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ bundan sonra Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar barədə əvvəlcədən məlumat verməyəcək və bu ölkədə yerləşdirilən hərbi kontingentinin dəqiq sayını açıqlamayacaq.

Qeyd edək ki, bundan əvvəl 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın bu ölkədə 8400 hərbi qulluqçusu olduğu bildirilirdi. 

APA