XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 10:13

İzmirdə partlayış- Yaralılar var

Türkiyənin İzmir şəhərində partlayış baş verib.
 
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Buca rayonunda həbsxanaya məxsus xidmət avtomobili yoldan keçərkən yaxınlıqdakı zibil qutusuna yerləşdirilən partlayıcı mexanizm işə salınıb. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı və tibbi briqada cəlb olunub.
 
İlk məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər yaralanıb.