XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Avqust 2017 - 11:17

Məkkəyə dünyanın 168 ölkəsindən 2 milyona yaxın zəvvar gəlib- Həcc ziyarətinə

Səudiyyə Ərəbistanının SPA dövlət informasiya agentliyi Krallığın Baş Pasport Xidməti İdarəsinə istinadla bildirir ki, bu il (Hicri təqvimi ilə 1438-ci ildə) Krallığa dünyanın 168 dövlətini təmsil edən 1.752.014 zəvvar gəlib.

İdarənin məlumatına görə, zəvvarların 940.369 nəfəri, yəni 54 faizi kişi, 811.645 nəfəri, yəni 46 faizi qadındır.

Bildirilir ki, bu il zəvvarların ümumi sayı keçənilki ilə müqayisədə 426.263 nəfər, yəni 32 faiz çoxalıb. Bu il ziyarətə hava nəqliyyatı ilə gəlmiş zəvvarların sayı 1.648.332 nəfər, quru yolla gələnlər 88.855 nəfər, dəniz yolu ilə gələnlər 14.827 nəfər olub.