Türkiyə iqtisadiyyatı dünyanın ən böyük 13-cü iqtisadiyyatıdır.
Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatında deyilir. Türkiyədə adambaşına düşən milli gəlir 25 min ABŞ dollarından yuxarı olub. Bununla da, Türkiyə iqtisadiyyatı dünyanın ən böyük 13-cü iqtisadiyyatı olub. Türkiyə iqtisadiyyatındakı bu artım ilə Avropa İttifaqı ölkələrini geridə qoyub.