Avqustun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
Azərtac Rusiyanın TASS agentliyinə istinadla xəbər verir ki, nazirlər İranın nüvə proqramının icrası ilə bağlı məsələləri və Suriya münaqişəsinin həlli yollarını müzakirə ediblər. Həmçinin bir sıra ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.